Dünya · Teleqraf

Britaniyada İsrailə hərbi avadanlıq tədarük edən şirkətə hücum olub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Britaniyada İsrailə hərbi avadanlıq tədarük edən şirkətə hücum olub xəbəri üçün şəkil

BAKI, 4 noyabr. TELEQRAF

Böyük Britaniyada İsrailə peyk avadanlıqları tədarük edən “Ultra Intelligence & Communication” müdafiə şirkətinin obyektinə hücum edilib.

Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “The Daily Telegraph” qəzeti məlumat yayıb.

Hadisə noyabrın 2-də İngiltərənin Hertfordşir qraflığının Trinq şəhərində baş verib.

Fələstinyönlü “People Against Genocide” (“Soyqırımına qarşı insanlar”) hərəkatının fəalları şirkətin ərazisində saxlanılan peyk antenalarını və digər avadanlıqları ağır çəkiclərlə sındırıblar. Hücum zamanı şirkətə məxsus mikroavtobusa da ziyan vurulub.

Fəallar iddia ediblər ki, həmin avadanlıqlardan İsrailin Fələstin ərazilərindəki hərbi fəaliyyətinə dəstək məqsədilə istifadə olunur.

Hadisə ilə əlaqədar üç nəfər saxlanılıb.

Nəşrin məlumatına görə, hərbi peyk texnologiyaları istehsal edən “Ultra Intelligence & Communication” İsrailin “Elbit Systems” şirkətinə məxsus “UAV Tactical Systems” müəssisəsinin əsas təchizatçılarından biridir.

Qeyd olunub ki, hərəkatın fəalları iyulun 9-da da şirkətin Trinqdəki obyektinə hücum ediblər. Həmin vaxt dəymiş ziyan 1,3 milyon funt sterlinq (təxminən 1,7 milyon dollar) qiymətləndirilib.

2026-cı ildə şirkətin Aberdin, Kembric və Meydenheddə yerləşən obyektləri də oxşar hücumlara məruz qalıb.

Sonuncu hücum 1917-ci il noyabrın 2-də yayımlanmış Balfur Bəyannaməsinin ildönümünə təsadüf edib. Həmin sənəddə Britaniya hökuməti Fələstində yəhudi xalqı üçün milli yurdun yaradılmasını dəstəklədiyini bəyan etmişdi.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑