Bakı. Trend:
Şimali Koreya Yaponiya dənizi istiqamətində naməlum mərmi buraxıb.
Bu barədə “Renhap” Cənubi Koreya hərbçilərinə istinadən məlumat yayıb.
Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsi (JCS) buraxılışı qeydə aldığını bildirib, lakin hadisə ilə bağlı əlavə təfərrüat açıqlamayıb.
Ötən həftə Şimali Koreya Vonsan bölgəsindən Yaponiya dənizi istiqamətində qısa mənzilli 10-dan çox ballistik raket buraxıb.




