İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Əmir Həyat Mükaddem Hindistan, Çin, İraq və Qətərə məxsus gəmilərin Hörmüz boğazında tranzit məhdudiyyətlərindən azad olduğunu bildirib.
Tezadlar.az xəbər verir ki, İran Tələbə Xəbər Agentliyinə (SNN) danışan Həyat Mükaddem Hörmüz boğazında dəniz nəqliyyatı ilə bağlı açıqlamalar verib.
O deyib: “Hazırda Hindistan, Çin, İraq və Qətəri Hörmüz boğazında tranzit məhdudiyyətlərindən azad etmişik. Bu ölkələrdən olan gəmilər sərbəst keçir. Amerikalılar da bu gəmilərə müdaxilə etmirlər.”
O, əlavə edib ki, onlar Qətərdən tranzit haqqı almırlar və bu istisnalar konkret səbəblərə əsaslanır və qarşılıqlı maraqlara uyğun hərəkət edirlər.
Həyat Mükaddem Hindistan gəmiləri üçün keçidin asanlaşdırılmasının ölkədən dərman idxalını mümkün etmək üçün nəzərdə tutulduğunu, Çin gəmiləri üçün isə istisnanın Pekinin siyasi dəstəyini qazanmaq məqsədi daşıdığını bildirib. O qeyd edib ki, onlar Hindistan və Çindən tranzit haqları yığırlar, lakin bunu Qətərə tətbiq etmirlər.
ELBAR






