Dünya · Trend.az

Rusiya və Ukrayna münaqişənin həlli ilə bağlı razılaşmaya yaxındır - Tramp

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya və Ukrayna münaqişənin həlli ilə bağlı razılaşmaya yaxındır - Tramp xəbəri üçün şəkil

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynanın münaqişənin həlli ilə bağlı razılığa gəlməyə yaxın olduğunu düşünür.

O, bu barədə “Financial Times” qəzetinə müsahibəsində bildirib.

Trampın sözlərinə görə, hər iki tərəf danışıqlar yolu ilə razılaşma əldə etməyin zəruriliyini dərk etdiyi mərhələyə yaxınlaşır. Bununla belə, qəzetin məlumatına görə, Ukrayna danışıqlarında iştirak edən nümayəndələr ABŞ Prezidentinin nikbinliyini bölüşmürlər.

Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli danışıqların noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi nəzərdə tutulur. Rusiya nümayəndə heyətinə Prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑