Dünya · Trend.az

Demokratlar ABŞ Senatında çoxluğu təmin edəcəklər - KİV

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Demokratlar ABŞ Senatında çoxluğu təmin edəcəklər - KİV xəbəri üçün şəkil

Bakı. Trend:

ABŞ Konqresinin Senatına keçirilən aralıq seçkilərin nəticələrinə əsasən, Demokratlar Partiyası ən azı 51 yer qazanacaq. Bu, onlara yuxarı palataya nəzarəti ələ keçirməyə imkan verəcək.

Bununla bağlı qiymətləndirməni “Bloomberg” agentliyi təqdim edib.

Senatın hazırkı tərkibindəki 100 yerdən 53-nə respublikaçılar, 47-nə isə demokratlar və onları dəstəkləyən müstəqil namizədlər nəzarət edir.

Qeyd edək ki, ABŞ-də aralıq seçkilər keçirilir. Amerikalılar 100 senatordan 35-ni və Nümayəndələr Palatasının 435 üzvünün hamısını seçirlər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑