Dünya · Azxeber.com

Məşhur Telegram kanalının rəhbəri HƏBS EDİLDİ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Məşhur Telegram kanalının rəhbəri HƏBS EDİLDİ xəbəri üçün şəkil
Rusiyada Telegram-da hərbi mövzularla bağlı paylaşımlar edən kanal rəhbəri 9 il müddətinə azadlıqdan məhrum edilib.
AZXEBER.COM lent.az-a istinadən xəbər verir ki, 23 yaşlı məşhur bloger açıq Telegram qrupunda paylaşdığı materiallara və şərhlərə görə cinayət məsuliyyətinə cəlb olunub.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) iddia edir ki, kanal ordunun fəaliyyəti barədə yalan məlumatlar yayıb.   İstintaqın iddiasına əsasən, o, Ukraynadakı bəzi silahlı birləşmələrin fəaliyyətini dəstəkləyib. Hərbi Məhkəmə gənci təqsirli bilərək 9 il ümumi rejimli cəzaçəkmə müəssisəsində həbsə məhkum edib. Bundan əlavə, ona 5 il müddətinə internetdə material dərc etmək qadağan olunub.
Blogerin vəkili isə bu ittihamları qəbul etməyib. O, müdafiə etdiyi şəxsin günahsız olduğunu deyib.
Onu da qeyd edək ki, FTX blogerin adının yayılması ilə bağlı mediaya qadağa qoyub.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑