Bakı. Trend:
ABŞ Konqresinin Senatının Kəşfiyyat üzrə Xüsusi Komitəsinin sədr müavini, demokrat Mark Uorner özünün Virciniya ştatında keçirilən Senat seçkilərində gözlənildiyi kimi qələbə qazanıb.
Bu, "Associated Press" (AP) agentliyinin açıqladığı ilkin qiymətləndirmələrdən məlum olub.
Demokratlar Konqresin yuxarı palatasına nəzarəti geri qaytaracaqları təqdirdə, o, xüsusi komitəyə rəhbərlik edə bilər.
Virciniya hələlik AP agentliyinin Senat seçkilərində demokrat namizədin qələbəsini əminliklə proqnozlaşdırdığı yeganə ştatdır.
ABŞ-da seçkilərin nəticələrini elan edən vahid federal qurum yoxdur. Bu rolu ölkənin aparıcı KİV-ləri öz üzərinə götürür. Onların proqnozlarından sonra namizədlər adətən ya qələbələrini elan edir, ya da məğlubiyyətlərini etiraf edirlər.






