Dünya · Azxeber.com

Yəmən hökuməti SEPAH-ı bu səbəbə görə ittiham edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Yəmən hökuməti SEPAH-ı bu səbəbə görə ittiham edib xəbəri üçün şəkil
Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin rəhbəri Rəşad Məhəmməd Əl-Əlimi İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) husilərə hərbi dəstəyi artırmaqda ittiham edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə SABA xəbər agentliyi məlumat yayıb.
Əl-Əliminin sözlərinə görə, SEPAH husilərin hərbi əməliyyatlarını istiqamətləndirmək, onlara raket texnologiyaları və pilotsuz uçuş aparatlarının hazırlanmasında dəstək göstərməkdə getdikcə daha fəal rol oynayır.
O, İranın regional təsirini qorumaq məqsədilə Yəməndəki hərbi iştirakını genişləndirdiyini bildirib.
"Əl-Cəzirə”nin məlumatına görə, İran husilərə dəstək göstərdiyini dəfələrlə təkzib edib. Husilər də Tehrandan müstəqil fəaliyyət göstərdiklərini bəyan ediblər.
Qeyd edək ki, oktyabrın 4-də Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin qüvvələri husilərə qarşı əks-hücuma keçib. Tərəflər arasında toqquşmalar davam edir.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑