Dünya · Azxeber.com

5 il sonra arvadının xəyanətini tutdu, 15 bıçaq zərbəsi ilə öldürdü

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
5 il sonra arvadının xəyanətini tutdu, 15 bıçaq zərbəsi ilə öldürdü xəbəri üçün şəkil
Türkiyədə 33 yaşlı kişi 5 il əvvəl boşandığı keçmiş həyat yoldaşı Şəfiqə Yeşildağı 15 bıçaq zərbəsi ilə qətlə yetirib.
AZXEBER.COM yerli mediaya istinadən xəbər verir ki, hadisə Aksaray şəhərində qeydə alınıb.
33 yaşlı Osman O. beş il əvvəl boşandığı keçmiş həyat yoldaşı Şəfiqə Yeşildağı söhbət etmək bəhanəsi ilə evinə çağırıb. Bir müddət söhbət etdikdən sonra tərəflər arasında şəxsi məsələlərə görə mübahisə yaranıb. Mübahisə böyüdükdən sonra Osman O. bıçaqla keçmiş arvadının sinə nahiyəsinə 15 zərbə endirib. Ağır xəsarətlər alan qadın hadisə yerində həyatını itirib.
Hadisədən sonra evdən çıxan Osman O. atasının yaşadığı ünvana gedib. O, buradan polisə zəng edərək törətdiyi cinayət barədə məlumat verib.
Gələn polis əməkdaşları şübhəli şəxsi saxlayıblar. Şübhəli şəxs əməlindən peşman olmadığını bildirib.
"Heç bir şəkildə peşman deyiləm. Mənə xəyanət etdiyi üçün öldürdüm”– deyə Osman O. bildirib.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑