Region · Publika.az

İran Vensin məktubuna cavab vermədi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İran Vensin məktubuna cavab vermədi xəbəri üçün şəkil

İran tərəfi Vaşinqtona ünvanladığı 7 şərtin icrasında israr edir və ABŞ-nin vitse-prezidenti Cey Di Vensin məktubunu cavablandırmayıb.

Publika.az IRIB-yə istinadən xəbər verir ki, Vensin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezaiyə yazdığı məktub cavabsız qalıb.

"İran məktubu təhvil alıb, lakin hələlik ona cavab verməyib", - məlumatda bildirilib.

Qeyd olunub ki, Tehranın təklifinə zidd mövqe qəbuledilməzdir.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vensin Rezaiyə ünvanladığı məktubda İran tərəfinə dərman preparatlarının çatdırılması təklif edilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑