Region · Sfera.az

Putin müharibə haqqında: “Heç kim qalib olmayacaq”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Putin müharibə haqqında: “Heç kim qalib olmayacaq” xəbəri üçün şəkil

Rusiya Prezidenti Vladimir Putin Avropa ilə müharibə istəmədiklərini, lakin mümkün hərbi qarşıdurmaya hazır olduqlarını bildirib.

Sfera.az xəbər verir ki, Putin bu barədə Moskvada Rusiya-Afrika Zirvəsindən sonra Burundi Prezidenti Evariste Ndayişimiye ilə birgə mətbuat konfransında danışıb.

Avropa ölkələrinin 2030-cu ilədək Rusiya ilə müharibəyə hazırlaşması ilə bağlı açıqlamaları şərh edən Putin deyib:

“Biz buna hazırıq. Lakin Avropa ilə müharibə istəmirik. Əgər bunu istəyən varsa, hazırlaşsın”.

O, mümkün müharibənin heç bir tərəfə qələbə gətirməyəcəyini vurğulayıb:

“Əgər hadisələr çox irəli gedərsə, heç bir qalib olmayacaq. Bunu heç kim unutmasın”.

Putin Baltik dənizində beynəlxalq dəniz hüququna riayət olunmasının vacibliyini də qeyd edib və Rusiyanın istənilən təhdidə cavab verməyə hazır olduğunu bildirib.

İradə Elsevər

Sfera.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑