İranda məktəb və universitetlərdə qızların hicab qaydalarına riayət etməsinə nəzarət sərtləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə Günaz TV-nin hazırladığı videomaterialda bildirilib.
Videoda qeyd olunur ki, ölkədə ibtidai sinifdən universitetlərə qədər başıaçıq qızların dərslərə buraxılmadığı, hicab qaydalarını pozan tələbələrin isə xəbərdarlıq və digər cəzalarla üzləşdiyi iddia edilir.
Materialda Tehran Universiteti, Şərif Texnologiya Universiteti və Şəhid Behişti Universitetində də Hərasat qüvvələrinin tələbələrin geyiminə, çantalarına və makiyajına nəzarət etdiyi bildirilir.
Materialda son bir ildə yoxlamaların intensivliyinin artdığı da vurğulanır. Həmçinin 2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranda baş verən etirazlar və qadınların məcburi hicaba qarşı etiraz formaları da xatırladılır. Bildirilir ki, bir sıra qadınlar cəza riski ilə üzləşmələrinə baxmayaraq, ictimai yerlərdə başıaçıq gəzməyə davam edirlər.
Materialda İran hakimiyyətinin hicab qaydalarını təhsil müəssisələrində də tətbiq etməsi tənqid olunur.
Daha ətraflı videoda:


