Türkiyəli deputat Mustafa Sarıgül Yeni Partiyadan ayrıldığını bəyan edib.
Globalinfo.az xəbər verir ki, siyasətçi bu addımını barəsində aparılan araşdırmanın partiya ətrafında əlavə müzakirələrə səbəb olmaması və siyasi təşkilatın nüfuzuna xələl gətirməməsi ilə əlaqələndirib.
O, araşdırma başa çatdıqdan sonra yenidən partiyaya qayıtmaq niyyətində olduğunu da bildirib.
Xatırladaq ki, Türkiyədə deputat və onun ailə üzvləri ilə bağlı çirkli pulların yuyulması şübhəsi əsasında araşdırma aparılır. İstintaq çərçivəsində cinsi zorakılıq iddiaları, eləcə də siyasətçinin keçmiş sürücüsünün açıqlamalarında yer alan mafiya qruplaşmalarının ələ keçirdiyi iddia olunan intim görüntülərlə bağlı məlumatlar da gündəmə gəlib.




