İranın sabiq ali rəhbəri Əli Xameneinin oğlu Meysəm Xameneinin taleyi ilə bağlı yayılan məlumatlar diqqət çəkib. Əvvəlcə onun öldüyü iddiaların yayılmışdı, sonra isə sağ olması barədə rəsmi açıqlama verildi.
Bəs Meysəm Xameneinin taleyi ilə bağlı iddiaların yayılması nədən qaynaqlanır? Bu açıqlama hansı mesajı verir?
Globalinfo.az-a danışan politoloq Cümşüd Nuriyev deyib ki, İranda baş verən hadisələrlə bağlı vəziyyət kifayət qədər qeyri-müəyyəndir:
“Əli Xameneinin oğlunun öldüyü ilə bağlı məlumatlar ABŞ tərəfindən dəfələrlə təsdiqlənib. Bildirilib ki, ata Xamenei ilə yanaşı, oğlu Meysəm Xamenei və digər ailə üzvləri də həlak olublar. İran tərəfi də ailə üzvlərinin ölümünü təsdiqləyib. Ancaq İranda dezinformasiya siyasəti çox güclüdür. Bu ölkə informasiya manipulyasiyası sahəsində ixtisaslaşıb”.
Politoloq qeyd edib ki, bu şeylər Müctəba Xamenei ilə bağlı da deyilə bilər:
“Onun da öldüyü haqda məlumat yayıldı, lakin sonra sağ olduğu bildirildi. Görünən odur ki, burada ciddi bir informasiya gizliliyi var. Çünki həmin məlumat təsdiqlənsə, İranda böyük ruh düşkünlüyü yarana bilər. Lakin onun sağ olması ilə bağlı səsləndirilən fikirlər indiyədək öz təsdiqini tapmayıb. Bu baxımdan, mövcud məlumatlar onun həyatını itirdiyi ehtimalını gücləndirir”.
Zaira Akifqızı
Globalinfo.az



