Region · Globalinfo.az

İrəvanı qarışdıran əlbəyaxa dava: Ermənilər küçələrə axışa bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İrəvanı qarışdıran əlbəyaxa dava: Ermənilər küçələrə axışa bilər xəbəri üçün şəkil

Ermənistan parlamentində iqtidar və müxalifət fraksiyalarından olan deputatlar arasında əlbəyaxa dava baş verib. Bir çox ekspertlərin fikrincə, bu dava Ermənistanda küçələrə də daşına bilər.

Hadisənin baş verməsinə səbəb kimi xarici qüvvələrə bağlı siyasi dairələrin mövcudluğu göstərilir.

Bəs Ermənistan bu vəziyyətdə hara gedir? Vətəndaş qarşıdurması mümkündürmü?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Ermənistanda siyasi vəziyyət onsuz da kifayət qədər həssasdır:

“Bu həssaslıq özünü parlamentdə baş verən qarşıdurmalarda, siyasi qüvvələr arasındakı fikir ayrılıqlarında və hakimiyyətə yönələn tənqidlərdə də açıq şəkildə göstərir. Ölkənin müstəqil xarici siyasət kursunun olmaması, xarici güclərin təsirinin daxili siyasi proseslərdə hiss edilməsi və hakimiyyətin müxtəlif istiqamətlərdən təzyiqlərlə üzləşməsi vəziyyəti daha da mürəkkəbləşdirir.

kenan
Kənan Novruzov

Ermənistan bir növ barıt çəlləyini xatırladır. Belə bir şəraitdə siyasi gərginliyin parlament çərçivəsindən çıxaraq küçələrə daşınması da mümkündür. Etiraz aksiyalarının başlanması və müxtəlif siyasi qüvvələrin bu prosesdən istifadə etməyə çalışması Ermənistan üçün yeni və təəccüblü ssenari deyil. Nəzərə almaq lazımdır ki, ölkənin yaxın siyasi tarixində kütləvi etirazlar və hakimiyyətə qarşı küçə mübarizəsi dəfələrlə yaşanıb. Mövcud ziddiyyətlər daha da dərinləşərsə, siyasi qarşıdurmanın kəskinləşməsi, hətta vətəndaş qarşıdurması riskinin yaranması da istisna edilə bilməz”.

Turan Rzayev
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑