Dünya · Publika.az

ABŞ İranla barışır? - Vens eyham vurdu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ İranla barışır? - Vens eyham vurdu xəbəri üçün şəkil

ABŞ və İran arasında aparılan danışıqlarda irəliləyiş əldə olunub və Vaşinqton Tehranla razılaşmaya nail olmaq ehtimalını yüksək qiymətləndirir.

Publika.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens jurmalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın İranla bağlı istifadə edə biləcəyi bir çox güclü variantı var: “Danışıqlarda irəliləyiş əldə etmişik. Həm Tramp, həm də mən danışıqlar yolu ilə razılaşmaya nail olmaq perspektivinə olduqca müsbət yanaşırıq”.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf isə ABŞ-ın istənilən strateji səhvinin müharibədə yeni cəbhənin açılmasına səbəb olacağını bildirib. O, İranın müdafiə hazırlığının ən yüksək səviyyədə olduğunu deyərək, gərginliyin daha da artmasının qarşısını almaq məsuliyyətinin Vaşinqtonun üzərinə düşdüyünü vurğulayıb.

Digər tərəfdən, Tramp Konqresə aralıq seçkilərindən sonra İrana qarşı hücumları yenidən başlatmağı planlaşdırmadığını desə də, “The Atlantic” nəşrinin məlumatına görə, ABŞ prezidenti Tehranı danışıqlar masasına qaytarmaq üçün hərbi əməliyyatların bərpasını nəzərdən keçirir.

Müəllif: Roza

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑