İdman · Ölkə.az

“Bütün dövrlərin “Qızıl top”u” sizə də məxsusdur"

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Bütün dövrlərin “Qızıl top”u” sizə də məxsusdur" xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, 40 yaşlı futbolçu sosial şəbəkə hesabında azarkeşlərə təşəkkürünü bildirib.

“Futbol azarkeşlərə məxsusdur! Dünyanın hər yerindəki bütün azarkeşlərə təşəkkür edirəm. “Bütün dövrlərin “Qızıl top”u” sizə də məxsusdur”, – deyə Ronaldu yazıb.

Qeyd edək ki, azarkeşlər arasında keçirilən onlayn səsvermənin nəticələrinə əsasən, 2008-ci ildə Ronaldunun qazandığı “Qızıl top” birinci olub.

Nominasiyada “Qızıl top”u bir neçə dəfə qazanan futbolçular yer alıblar. Onların arasında Lionel Messi (8), Kriştiano Ronaldu (5), Yohan Kroyff (3), Mişel Platini (3), Marko van Basten (3), Alfredo Di Stefano (2), Frans Bekkenbauer (2), Kevin Kiqan (2), Karl-Haynz Rummenigge (2) və Ronaldo (2) var.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑