İdman · Futbolpress.az

Azərbaycan yığması Asiya Kubokunda fərqləndi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan yığması Asiya Kubokunda fərqləndi xəbəri üçün şəkil

Azərbaycanın kamandan oxatma üzrə milli komandası İraqın Süleymaniyyə şəhərində keçirilən Asiya Kubokunun ikinci mərhələsində uğurla çıxış edib.

Futbolpress.az xəbər verir ki, təmsilçilərimiz beynəlxalq yarışı 1 qızıl və 1 gümüş medalla tamamlayıblar.

Qadınlardan ibarət komandamız, Yaylagül Ramazanova, Fatimə Hüseynli və Lalə Əbdürəhmanova üçlüyü həlledici final qarşılaşmasında Qazaxıstan seçməsini 5:4 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qarışıq komandaların mübarizəsində isə Yaylagül Ramazanova və Məhəmmədəli Əliyev tandemi uğurlu yürüş edərək finala yüksəlib. Həlledici görüşdə İran yığmasına uduzan idmançılarımız gümüş medalın sahibi olublar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑