İdman · Futbolpress.az

İspaniya klubunun sabiq hücumçusu vəfat etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İspaniya klubunun sabiq hücumçusu vəfat etdi xəbəri üçün şəkil

İspaniyanın “Espanyol” klubunun keçmiş hücumçusu Mişel Pineda 62 yaşında həyatını itirib.

Futbolpress.az xəbər verir ki, veteran futbolçunun vəfatı ilə bağlı məlumatı Barselona təmsilçisinin kommunikasiya işləri üzrə direktoru Andres Merelyo təsdiqləyib.

1984-1990-cı illər aralığında “Espanyol”un şərəfini qoruyan sabiq forvard bu müddət ərzində meydana çıxdığı 233 rəsmi oyunda 73 dəfə fərqlənməyi bacarıb. O, komandasının 1987-ci ildə La Liqada üçüncü yeri tutmasında xüsusi rol oynayıb.

Qeyd edək ki, Mişel Pineda 1986-cı ildə İspaniyanın gənclərdən ibarət yığmasının heyətində U-21 Avropa çempionu adını qazanıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑