İngiltərə Futbol Assosiasiyası “Arsenal”ın yarımmüdafiəçisi Maks Doumanın diskvalifikasiyası ilə bağlı apellyasiyasını rədd edib.
Bizim.Media xəbər verir ki, 16 yaşlı futbolçu İngiltərə Liqa Kubokunda “Flitvud Taun”la oyunun sonlarında qırmızı vərəqə alıb. Görüş 1:1 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə “Arsenal” 3:5 hesabı ilə uduzub.
"ESPN" nəşrinin məlumatına görə, London klubu hakim qərarını həddindən artıq sərt hesab edərək apellyasiya verib. Lakin müstəqil intizam komissiyası müraciəti təmin etməyib.
Beləliklə, Douman İngiltərə Premyer Liqasında “Liverpul”, “Hall Siti” və “Nyukasl”la oyunları buraxacaq.
Qeyd edək ki, gənc vinger bu mövsüm “Arsenal”ın əsas komandasında bütün turnirlərdə 5 matçda meydana çıxıb və 2 qol vurub.İngiltərə Futbol Assosiasiyası “Arsenal”ın yarımmüdafiəçisi Maks Doumanın diskvalifikasiyası ilə bağlı apellyasiyasını rədd edib.
Bizim.Media
“Arsenal”ın şikayəti RƏDD EDİLDİ

Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.





