İdman · Bizim.Media

Baş məşqçi onun milliyə getməsinə razı deyil

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Baş məşqçi onun milliyə getməsinə razı deyil xəbəri üçün şəkil

“Sanderlend”in baş məşqçisi Regis Le Bris Niderland millisinin Brayan Brobbeyi qarşıdakı beynəlxalq fasilədə yığmaya dəvət etməməsinə ümid edir.

Bizim.Media xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, fransalı mütəxəssis hücumçunun fiziki vəziyyətinin hələ tam bərpa olunmadığını bildirib.

Brobbey əvvəlki beynəlxalq fasilədə Almaniya ilə oyunda (1:1) bud əzələsindən zədə alıb. O, ötən bazar günü klubunun heyətində ilk matçına çıxıb.

“Yenidən zədələnsə, bu, həm Niderland millisi, həm də bizim üçün problem olacaq. Buna görə də yığmanın baş məşqçisi ilə danışacağam. Brobbey optimal formasına yaxındır, amma hələ tam matç keçirməyə hazır deyil. Fiziki vəziyyətinin 80-90 faiz olduğunu düşünürəm”, - deyə Le Bris bildirib.

Qeyd edək ki, Niderland millisi noyabrın 13-də Yunanıstan, üç gün sonra isə Almaniya ilə qarşılaşacaq.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑