İdman · İdman.biz

Lotar Matteus “Borussiya”nın müdafiəçilərini təriflədi - Qadunu Upamekano ilə müqayisə etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Lotar Matteus “Borussiya”nın müdafiəçilərini təriflədi - Qadunu Upamekano ilə müqayisə etdi xəbəri üçün şəkil

“Bavariya”nın sabiq futbolçusu Lotar Matteus Dortmund “Borussiya”sının müdafiəçiləri haqqında müsbət fikirlər səsləndirib.

İdman.Biz “Ruhr Nachrichten”ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis “Bavariya” ilə Dortmund təmsilçisi arasında keçiriləcək "Der Klassiker" (Almaniya futbolunda “Bavariya” ilə Dortmund “Borussiya”sı arasında keçirilən prinsipial qarşılaşmaya verilən addır - red ) qarşılaşması ərəfəsində Niko Şlotterbek, Valdemar Anton və Joan Qadunun çıxışlarını dəyərləndirib.

“Şlotterbek ən yaxşı mərkəz müdafiəçilərindən biridir. Anton da öz işinin öhdəsindən çox yaxşı gəlir”, - deyə Matteus bildirib.

O, xüsusilə gənc müdafiəçi Joan Qadunu fərqləndirib:

“Qadunu çox bəyənirəm. O, əla futbolçudur və lazım olan bütün keyfiyyətlərə malikdir. Mənim üçün o, Upamekanonun daha gənc və kiçik versiyasıdır”.

Matteus Dortmund klubunun müdafiə xəttinin fiziki gücünü də vurğulayıb:

“Bu futbolçularla “Borussiya”nın mərkəz müdafiəsində yığcam və fiziki cəhətdən güclü tandem formalaşıb”.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑