İdman · Apasport.az

“Əl-Nəsr”dən darmadağın - RONALDODAN HET-TRİK

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Əl-Nəsr”dən darmadağın - RONALDODAN HET-TRİK xəbəri üçün şəkil

Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının XII turunda doğma meydanda “Əl-Xolud”u qəbul edib.

Apasport.az xəbər verir ki, 8 qolun vurulduğu qarşılaşma meydan sahiblərinin 5:3 hesablı qələbəsi ilə başa çatıb.

Görüşün ilk hissəsi 2:2 hesabı ilə yekunlaşıb. Qonaqların heyətində Dominqes 16-cı dəqiqədə hesabı açıb. “Əl-Nəsr” Angelo (24) və Sadio Mane (38) ilə önə keçsə də, Essomba ilk hissəyə əlavə olunmuş 2-ci dəqiqədə tarazlığı bərpa edib.

İkinci hissədə isə Kriştiano Ronaldo diqqət mərkəzinə düşüb. Portuqaliyalı ulduz 66, 72 və 81-ci dəqiqələrdə fərqlənərək het-trik edib və komandasının qələbəsində əsas rol oynayıb. Dominges 90+4-cü dəqiqədə özünün ikinci qolunu vursa da, bu, “Əl-Xolud”u məğlubiyyətdən xilas etməyib.

Bu qələbədən sonra “Əl-Nəsr” xallarının sayını 28-ə çatdırıb. “Əl-Xolud”un hesabında isə 12 xal var.

Ronaldo bu görüşdə vurduğu üç qolla karyerasında rəsmi oyunlarda vurduğu qolların sayını 985-ə yüksəldib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑