İdman · İdman.biz

“Barselona” qış transferlərinə hazırlaşır - dörd namizəd müəyyənləşdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Barselona” qış transferlərinə hazırlaşır - dörd namizəd müəyyənləşdi xəbəri üçün şəkil

“Barselona” futbol klubu qış transfer pəncərəsində komandanın müdafiə xəttini gücləndirməyi planlaşdırır. Kataloniya klubu PSJ-yə 2:4, “Real Madrid”ə isə 1:2 hesablı məğlubiyyətlərdən sonra təcrübəli mərkəz müdafiəçisi almağı qarşısına məqsəd qoyub.

İdman.Biz “Mundo Deportivo”ya istinadən xəbər verir ki, klub rəhbərliyi dörd futbolçunun namizədliyini nəzərdən keçirir.

“Barselona”nın əsas hədəflərindən biri “Mançester Siti”nin müdafiəçisi Yoşko Qvardioldur. Lakin xorvatiyalı futbolçunun transferi olduqca çətin görünür. İngiltərə klubunun maliyyə qaydalarını pozduğuna görə ciddi sanksiyaya məruz qalması bu keçidi mümkün edə biləcək əsas amil kimi göstərilir.

Digər namizəd “İnter”in müdafiəçisi Alessandro Bastonidir. Bununla belə, İtaliya klubunun qış transfer pəncərəsində onun satışı ilə bağlı danışıqlara razılıq verməsi az ehtimal olunur.

Daha real variantlardan biri “Mançester Yunayted”in futbolçusu Lisandro Martines hesab edilir. Argentinalı müdafiəçinin müqaviləsi 2027-ci ilin yayında başa çatır. O, daha əvvəl klubun transfer siyasətini açıq şəkildə tənqid edib. Bununla yanaşı, futbolçunun zədə tarixçəsi də “Barselona”nın nəzərə almalı olduğu məqamlardandır.

Kataloniya təmsilçisinin maraq dairəsində “Betis”in müdafiəçisi Natan da var. Braziliyalı futbolçunun transferinin 30 milyon avro (60 milyon manat) və əlavə bonuslar müqabilində mümkün ola biləcəyi bildirilir.

Bununla belə, “Barselona”nın qışda yeni müdafiəçi alması klubdan ayrılacaq futbolçulardan və transferlərdən əldə ediləcək vəsaitdən asılı olacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑