İtaliyanın Neapol şəhərində cüdo üzrə U-23 Avropa çempionatının püşkatma mərasimi keçirilib.
Yenicag.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub.
Oktyabrın 30-dan noyabrın 1-dək keçiriləcək qitə yarışında Azərbaycan 6 çəki dərəcəsində 9 kişi cüdoçu ilə təmsil olunacaq. Çempionatda 36 ölkədən 275 idmançı (155 kişi, 120 qadın) mübarizə aparacaq.
İlk yarış günü təsnifat mərhələsi Bakı vaxtı ilə saat 13:00-da, final bloku isə saat 19:00-da start götürəcək.
Kişilər
-60 kq, 1/8 final
Murad Muradlı – Unay Penyas Merino (İspaniya)
Babarəhim Mirzəyev – Mario Tinelli (İtaliya) / Yan Motoli Bonqambe (Fransa) cütünün qalibi ilə
66 kq, 1/8 final
Nizami İmranov – Alessio De Luka (İtaliya)
İslam Rəhimov – Kristian Butuçi (Xorvatiya) / Adam Anastasopulos (Yunanıstan) cütünün qalibi ilə
73 kq, 1/16 final
Əbil Yusubov – Luka Katiç (Xorvatiya)
Mehdi Cəfərov – Vlad Mitru (Moldova)
90 kq, 1/16 final
Əli Qazıməmmədov – Mixaylo Xoroşaylov (Ukrayna)
100 kq, 1/8 final
Əjdər Bağırov – İvan Kutenkov (Ukrayna)
+100 kq, 1/8 final
Kənan Nəsibov – Luka İvankoviç (Xorvatiya)





