İdman · Futbolpress.az

Dövlət kanalı yayımları dayandırdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dövlət kanalı yayımları dayandırdı xəbəri üçün şəkil

“Real”ın (Madrid) fransalı hücumçusu Kilian Mbappenin Çinin keçmiş lideri Mao Tszedunla bağlı zarafatı İspaniya klubu üçün ciddi diplomatik və media qalmaqalına çevrilib.

Futbolpress.az xəbər verir ki, Çində La Liqa matçlarını yayımlayan və 400 milyon istifadəçisi olan “Migu” platforması noyabrın 1-də keçiriləcək “Rasinq” – “Real” qarşılaşmasını proqramdan çıxarıb. Bununla yanaşı, saytdan Madrid klubu ilə bağlı demək olar ki, bütün arxiv materialları silinib.

Skandala Mbappenin öz sifətinin Mao Tszedunun təsviri ilə birləşdirildiyi zarafatcıl fotonu şərh etməsi səbəb olub. Çində böyük narazılıq doğuran bu addımdan sonra həm futbolçu, həm də “Kral klubu” rəsmi müraciət edərək üzr istəyib.

Lakin bu, gərginliyi aradan qaldırmayıb. Ölkənin dövlət telekanalı da daxil olmaqla, Çin tərəfi İspaniya çempionatına qarşı tətbiq etdiyi yayım məhdudiyyətlərini davam etdirir.

Qeyd edək ki, “Rasinq” – “Real” matçı La Liqanın 11-ci turu çərçivəsində keçiriləcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑