İdman · Apasport.az

Azərbaycan millisi Asiya Kubokunda iki medal qazanıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan millisi Asiya Kubokunda iki medal qazanıb xəbəri üçün şəkil

Azərbaycanın kamandan oxatma üzrə milli komandası İraqın Süleymaniyyə şəhərində keçirilən Asiya Kubokunun ikinci mərhələsini iki medalla başa vurub.

Apasport.az xəbər verir ki, yığmamız beynəlxalq yarışı bir qızıl və bir gümüş medalla tamamlayıb.

Qadınlardan ibarət komandamızın heyətində Yaylagül Ramazanova, Fatimə Hüseynli və Lalə Əbdürəhmanova çıxış ediblər. İdmançılarımız finalda Qazaxıstan yığmasını 5:4 hesabı ilə məğlub edərək qızıl medal qazanıblar.

Qarışıq komanda yarışlarında isə Yaylagül Ramazanova və Məhəmmədəli Əliyev finala yüksəliblər. Həlledici görüşdə İran təmsilçilərinə uduzan idmançılarımız gümüş medala sahib olublar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑