İdman · Offsideplus.az

Kvaratsxeliya əməliyyata görə Qızıl top mərasimini buraxacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kvaratsxeliya əməliyyata görə Qızıl top mərasimini buraxacaq xəbəri üçün şəkil
Kvaratsxeliya əməliyyata görə "Qızıl top" mərasimini buraxacaq

Gürcüstan millisinin və "PSJ"nin hücumçusu Xviça Kvaratsxeliya bu gün Londonda keçiriləcək "Qızıl top"un təqdimat mərasimində iştirak edə bilməyəcək.

Offsideplus.az xəbər verir ki, 25 yaşlı futbolçu ötən həftə Çempionlar Liqasında "Barselona"ya qarşı keçirilən oyunda sağ dizinin ön çarpaz bağını qoparıb. Kvaratsxeliyanın əməliyyatı həftənin əvvəlində Dohada planlaşdırılıb. Buna görə də o, tədbirə qatıla bilməyəcək.

"PSJ"nin digər cinah oyunçusu Usman Dembele isə Londona təxminən 15 nəfərlik müşayiətçi heyəti ilə gedəcək. Komandanın kapitanı Markinyos "Barselona" ilə matçda budundan zədə aldığı üçün Londona səfər etməyəcək və bu axşam "PSJ" – "Lion" Liqa 1 qarşılaşmasını tribunadan izləyəcək. Klubun prezidenti Nasser Əl-Xelayifinin mərasimdə iştirak edib-etməyəcəyi isə hələ dəqiqləşməyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑