"Kəpəz" futbol klubunun rəsmi fan-şopu - "1959 Store" fəaliyyətə başlayıb.
Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisinə aid rəsmi azarkeş atributları və aksesuarlarının satışı ilə məşğul olan mağaza "Kəpəz" azarkeşlərinin təşəbbüsü və klub rəhbərliyinin dəstəyi ilə ərsəyə gəlib.
Mağazada həm uşaqlar, həm də böyüklər üçün xüsusi dizaynlı geyimlər, cari və nostalji oyun formaları, şərflər, eləcə də müxtəlif aksesuarlar satışa çıxarılıb.
Mağaza haqqında məlumatlar:
Ünvan: Gəncə şəhər stadionunun mərkəzi girişi
İş qrafiki: Hər gün saat 11:00-dan 19:00-dək ("Kəpəz"in ev oyunlarında mağaza matçın sonunadək fəaliyyət göstərir, səfər qarşılaşmalarında isə istirahət günüdür)
Sifariş və çatdırılma: İstənilən məhsulu sifariş edərək ünvana çatdırılma xidməti ilə əldə etmək mümkündür.
Əlaqə nömrəsi: (055) 439 19 59




