İdman · Publika.az

Qutidən “el klasiko” açıqlaması: “Barselona” azlıqda qalmalı idi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qutidən “el klasiko” açıqlaması: “Barselona” azlıqda qalmalı idi xəbəri üçün şəkil

“Real Madrid”in keçmiş yarımmüdafiəçisi Quti hesab edir ki, “Barselona” “el klassiko”nun ikinci hissəsində azlıqda qalmalı idi.

59-cu dəqiqədə “Barsa”nın müdafiəçisi Joao Kanselo “Real”ın cinah oyunçusu Yan Diomandenin baldırına arxadan ayaqla basdı.

Hakim Xuan Martínes Munuera vərəqə göstərmədi və VAR müdaxilə etmədi. Fil Dişi Sahili oyunçusu müvəqqəti olaraq meydanı tərk etmək məcburiyyətində qaldı.

Publika.az xəbər verir ki, Quti DAZN-də bunun birbaşa qırmızı vərəqə olduğunu açıqlayaraq “Barsa”nı on nəfərlə qalmalı olduğunu deyib.

Matçın 70-ci dəqiqəsində kataloniyalı müdafiəçi Aleks Balde öz cərimə meydançasında topa əllə toxundu. Hakim qayda pozuntusu qeydə almadı, VAR müdaxilə etmədi.

Quti bu epizodda penalti təyin etmək üçün heç bir əsas olmadığını bildirib.

Publika.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑