İdman · Bizim.Media

Dünya çempionatı: Nihat Məmmədli FİNALDA

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dünya çempionatı: Nihat Məmmədli FİNALDA xəbəri üçün şəkil

Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçiləri növbəti görüşlərini keçiriblər.

Bizim.Media xəbər verir ki, 63 kq çəki dərəcəsində çıxış edən Nihat Məmmədli 1/8 finalda norveçli Morten Toreseni tam üstünlüklə (11:0) məğlub edərək 1/4 finala yüksəlib. 

Nihat bu mərhələdə Qətər təmsilçisi Aref Mohammadidən üstün olub. O, yarımfinalda Sergey Yemelini (Rusiya) üstələyib. N.Məmmədli qızıl medal uğrunda qarşılaşmada Karen Aslanyanla (Ermənistan) üz-üzə gələcək.
 

67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov 1/8 finalda Aleksandr Xryuşini (Ukrayna) 7:1 hesabı ilə məğlub edib. Cəfərov 1/4 finalda Han Jae Chungdan (Cənubi Koreya) üstün olub.  O, yarımfinalda Səid Esmaeiliyə (İran) yenilib. Həsrət sabah üçüncü yer uğrunda görüşdə qüvvəsini sınayacaq.


87 kq-da mübarizə aparan İslam Abbasov isə 1/8 finalda bolqarıstanlı Olimpiya çempionu Semyon Novikova 5:6 hesabı ilə uduzaraq dünya çempionatında çıxışını başa vurub.

Qeyd edək ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.

Bizim.Media 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑