İdman · Teleqraf

Azərbaycan millisi Haitiyə böyük hesabla məğlub oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan millisi Haitiyə böyük hesabla məğlub oldu xəbəri üçün şəkil

BAKI, 26 oktyabr. TELEQRAF

Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında Azərbaycan millisi qrup mərhələsinin son oyununu keçirib.

Teleqraf xəbər verir ki, Famil Xəlilovun baş məşqçi olduğu komanda Haiti yığması ilə qarşılaşıb.

Görüş rəqibin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, Azərbaycan millisi qrup mərhələsini 3-cü pillədə tamamlayıb.

Qeyd edək ki, U-15 millimiz turnirdə Timor-Leste yığmasını 6:0, Andorranı isə 1:0 hesabı ilə məğlub edib. Komanda Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑