İdman · Futbolpress.az

Ukrayna klubunda qalmaqal

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ukrayna klubunda qalmaqal xəbəri üçün şəkil

Ukrayna Birinci Liqasının XIII turunda təşkil olunan UKSA – “Lokomotiv” (Kiyev) matçından sonra başlayan qalmaqal yeni mərhələyə qədəm qoyub.

Futbolpress.az xəbər verir ki, meydan sahibi UKSA klubunun prezidenti Sergey Lesnik qonaq komandanın azarkeşlərini irqçi şüarlar səsləndirməkdə ittiham etdikdən sonra tərəflər arasında gərginlik daha da artıb. “Lokomotiv” rəsmi bəyanat yayaraq insidentin bütün detallarının araşdırılacağını və oyundan öncə təxribat xarakterli materialların paylaşıldığını bildirsə də, qarşı tərəf yeni sübutlar təqdim edib.

UKSA rəhbərliyi sosial şəbəkələr vasitəsilə açıqlama yayaraq irqçilik ittihamlarından sonra klub prezidentinin və onun ailə üzvlərinin təhdidlərə məruz qaldığını bəyan edib. Bununla yanaşı, meydan sahibləri “Lokomotiv”in futbolçusu Aleksey Saxnenko da daxil olmaqla, rəqib tərəfin sosial şəbəkələrdə işlətdiyi təhqiramiz ifadələrin sübutlarını ictimaiyyətə təqdim ediblər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑