İdman · Yeni Sabah

Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi xəbəri üçün şəkil

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatının finalına vəsiqə qazanıb.

"Yeni Sabah" xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda rusiyalı Olimpiya mükafatçısı, dünya və üçqat Avropa çempionu Sergey Yemelini məğlub edib. Görüş 2:2 hesabı ilə başa çatsa da, Nihat Məmmədli xalların keyfiyyətinə görə qalib gəlib.

O, sabah qızıl medal uğrunda mübarizə aparacaq. Marqarita pizza

Yarımfinalda məğlub olan digər təmsilçimiz Həsrət Cəfərov isə bürünc medal uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, dünya çempionatı noyabrın 1-də başa çatacaq.


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑