İspaniya La Liqasının 23-cü turu çərçivəsində keçirilməsi nəzərdə tutulan “Barselona” – “Atletiko” (Madrid) və “Real Sosyedad” – “Real” (Madrid) matçlarının vaxtı dəyişdirilə bilər.
Futbolpress.az xəbər verir ki, fevralın 7-nə planlaşdırılan bu qarşılaşmaların dekabrın 1-i və ya 2-sinə çəkilməsi gündəmdədir. Dəyişikliyə əsas səbəb hər dörd klubun fevralın 2-dən 6-dək İstanbulda təşkil olunacaq İspaniya Superkuboku turnirində mübarizə aparacaq olmasıdır.
Dekabrın ilk günlərində İspaniya Kubokunun ikinci mərhələ oyunları keçirilsə də, Superkubok iştirakçıları bu mərhələdən azad olduqları üçün həmin tarixlərdə çempionat matçlarına çıxa biləcəklər.
Yeni təqvim hələ təsdiq olunmayıb və klublar tərəfindən rəsmiləşdirilməyib.




