İdman · İdman.biz

Məşhur italiyalı futbol hakimi Bakıya gəlib - VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Məşhur italiyalı futbol hakimi Bakıya gəlib - VİDEO xəbəri üçün şəkil

Futbol tarixinin ən məşhur hakimlərindən biri, hazırda FIFA Hakimlər Komitəsinə rəhbərlik edən Pyerluici Kollina Azərbaycana gəlib.

İdman.Biz xəbər verir ki, 66 yaşlı italiyalı mütəxəssisin səfərinin məqsədi Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalını izləməkdir.

Futbol tarixinin ən tanınmış hakimlərindən sayılan Kollina 2005-ci ildə hakimlik karyerasını başa vurub. Onun idarə etdiyi ən mühüm qarşılaşmalar arasında 2002-ci il dünya çempionatında Braziliya və Almaniya milliləri arasında keçirilən final oyunu da var.

Xatırladaq ki, daha əvvəl turnirlə əlaqədar “Arsenal”ın sabiq baş məşqçisi, hazırda FIFA-nın Qlobal Futbol İnkişafı Departamentinin rəhbəri vəzifəsini tutan Arsen Venger də Bakıya gəlib.

Bundan başqa, bu gün Kamerun futbolunun əfsanəvi hücumçusu, hazırda ölkəsinin futbol federasiyasına rəhbərlik edən Samuel Eto'O da Azərbaycan paytaxtına səfər edib.

Qeyd edək ki, FIFA U-15 Dünya Çempionatı və Festivalı oktyabrın 30-da başa çatacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑