“Napoli”nin baş məşqçisi Massimiliano Alleqri İtaliya A Seriyası tərəfindən 2 oyunluq diskvalifikasiya cəzasına məruz qalıb.
Futbolpress.az xəbər verir ki, oktyabrın 24-də keçirilən “Roma” ilə 3:3 hesablı qarşılaşmanın 90-cı dəqiqəsində hakimlərə qarşı sərt etirazlar edən və matçdan sonra da aqressiv davranışlar sərgiləyən mütəxəssis 10 min avro məbləğində cərimələnib.
Bu qərar səbəbindən Alleqri “Montsa” və sabiq klubu “Yuventus”a qarşı səfər oyunlarını buraxmaq təhlükəsi ilə üz-üzədir. Lakin “Napoli” rəsmiləri cəzadan şikayət edərək apellyasiya verəcəklərini açıqlayıblar. Mütəxəssisin Turin təmsilçisinə qarşı matçda texniki zonada olub-olmayacağı veriləcək yeni qərardan asılı olacaq.






