İdman · İdman.biz

Mbappe “Qızıl top” tarixində fransalı futbolçular arasında rekord müəyyənləşdirdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Mbappe “Qızıl top” tarixində fransalı futbolçular arasında rekord müəyyənləşdirdi xəbəri üçün şəkil

“Real Madrid”in və Fransa millisinin hücumçusu Kilian Mbappe “Qızıl top” mükafatı uğrunda səsvermənin nəticələrinə əsasən tarixi nailiyyətə imza atıb.

İdman.Biz "The Touchline" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ardıcıl doqquzuncu dəfə “Qızıl top”un ilk onluğuna daxil olan ilk fransalı olub.

Mbappe bu nəticəyə 2017-2026-cı illərdə keçirilən səsvermələrdə nail olub. 2020-ci ildə mükafatlandırma mərasimi ləğv edildiyindən həmin il statistikaya daxil edilməyib.

Fransalı hücumçu bu göstəricidə üçqat “Qızıl top” sahibi Mişel Platini, eləcə də Zinəddin Zidan, Tyerri Anri, Jan-Pyer Papen və Kərim Benzema kimi məşhur həmyerlilərini geridə qoyub.

Qeyd edək ki, “Qızıl top” mükafatının 70-ci təqdimetmə mərasimi bu gün Palladium teatrında keçiriləcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑