İdman · Lent.az

İlin ən yaxşı gənc futbolçusu seçildi - Ardıcıl üçüncü dəfə

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İlin ən yaxşı gənc futbolçusu seçildi - Ardıcıl üçüncü dəfə xəbəri üçün şəkil

Lamin Yamal üçüncü dəfə ardıcıl “Kopa” mükafatına layiq görülüb.

Apasport.az xəbər verir ki, “Barselona”nın və İspaniya millisinin 19 yaşlı vingeri “France Football” nəşrinin versiyasına görə ilin ən yaxşı gənc futbolçusu seçilib.

Mükafat “Qızıl top”un təqdimetmə mərasimində sahibinə verilib.

Qeyd edək ki, mükafat uğrunda Kərim Alaybqoviç (“Zalsburq”/“Yuventus”, Bosniya və Herseqovina), Ayub Buaddi (“Lill”/“Mançester Siti”, Mərakeş), Pau Kubarsi (“Barselona”, İspaniya), Yan Diomande (“Leypsiq”/“Real”, Kot-d’İvuar), Lennart Karl (“Bavariya”, Almaniya), Eli Cunior Krupi (“Bornmut”), Yoan Manzambi (“Frayburq”/“Aston Villa”, İsveçrə), İbrahim Maza (“Bayer”, Əlcəzair) və Uorren Zair-Emeri (“PSJ”, Fransa) də namizəd göstərilmişdilər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑