İdman · Apasport.az

“Lev Yaşin” mükafatının qalibi bəlli olub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Lev Yaşin” mükafatının qalibi bəlli olub xəbəri üçün şəkil

İspaniya millisi və “Atletik”in qapıçısı Unay Simon ilin ən yaxşı qolkiperinə verilən "Lev Yaşin" mükafatına layiq görülüb.

Apasport.az xəbər verir ki, 29 yaşlı qapıçı bu mükafatı “France Football” nəşrinin təşkil etdiyi “Qızıl top” mərasimində qazanıb.

Simon səsvermədə Yassin Bunu (“Əl-Hilal”, Mərakeş millisi), Tibo Kurtua (“Real”, Belçika millisi), Qreqor Kobel (“Borussiya” Dortmund, İsveçrə millisi), Xoan Qarsiya (“Barselona”, İspaniya millisi), Eduar Mendi (“Əl-Əhli”, Seneqal millisi), Emiliano Martines (“Aston Villa”/“Çelsi”, Argentina millisi), David Raya (“Arsenal”, İspaniya millisi), Vozinyo (“Kolo-Kolo”, Kabo-Verde millisi) və Matvey Safonovu (PSJ, Rusiya millisi) qabaqlayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑