İdman · İdman.biz

Türkiyə Super Liqası: “Trabzonspor”dan möhtəşəm geridönüş, “Beşiktaş”dan inamlı qələbə - YENİLƏNİR + VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyə Super Liqası: “Trabzonspor”dan möhtəşəm geridönüş, “Beşiktaş”dan inamlı qələbə - YENİLƏNİR + VİDEO xəbəri üçün şəkil

Türkiyə Super Liqasının doqquzuncu turunda “Trabzonspor” və “Beşiktaş” qələbə qazanıblar. Trabzon təmsilçisi səfərdə “Çaykur Rizəspor”u 4:3, İstanbul klubu isə doğma meydanda “Başakşehir”i 2:0 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, turun ən məhsuldar qarşılaşmalarından biri Rizədə keçirilib. “Çaykur Rizəspor” Borrellinin 12-ci və 32-ci dəqiqələrdə vurduğu qollarla ilk hissəni 2:0 hesablı üstünlüklə başa vurub.

Lakin fasilədən sonra “Trabzonspor” oyunun gedişini dəyişib. Qonaqlar səkkiz dəqiqə ərzində üç dəfə fərqləniblər. Melih 49-cu, Aral 51-ci, Frankulino isə 57-ci dəqiqədə qol vuraraq komandalarını hesabda irəli çıxarıblar.

Meydan sahibləri 69-cu dəqiqədə Laçinin qolu ilə tarazlığı bərpa etsələr də, 83-cü dəqiqədə Frankulino dublunu rəsmiləşdirərək “Trabzonspor”a 4:3 hesablı qələbə qazandırıb.

İstanbulda keçirilən digər görüşdə isə “Beşiktaş” “Başakşehir”i qəbul edib. Dolmabağçada baş tutan qarşılaşmanın ilk hissəsində hesab açılmayıb.

İkinci hissədə üstünlüyünü qola çevirən “Beşiktaş” 76-cı dəqiqədə Ohun dəqiq zərbəsi ilə önə keçib. 89-cu dəqiqədə Olaitan fərqi artıraraq matçın yekun hesabını müəyyənləşdirib - 2:0.

Bu nəticələrdən sonra “Trabzonspor” xallarının sayını 19-a, “Beşiktaş” isə 18-ə çatdırıb. “Başakşehir” 11, “Çaykur Rizəspor” isə 10 xalda qalıb.

Növbəti turda “Trabzonspor” “Qaziantep”i, “Beşiktaş” isə səfərdə “Kasımpaşa”nı rəqib kimi görəcək. “Başakşehir” “Samsunspor”u qəbul edəcək, “Çaykur Rizəspor” isə “Kocaelispor”un qonağı olacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑