İdman · Azxeber.com

Bu gecə “Qızıl top” öz sahibini tapacaq - O getməyəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu gecə “Qızıl top” öz sahibini tapacaq - O getməyəcək xəbəri üçün şəkil
Səkkizqat "Qızıl top” mükafatçısı Lionel Messi oktyabrın 26-da Londonda keçiriləcək təntənəli təqdimat mərasimində iştirak etməyəcək.
Bu barədə "The Touchline” nəşri məlumat yayıb.
Aprel ayında "France Football” jurnalının 2025/2026-cı illər mövsümünün yekunlarına əsasən açıqladığı 30 namizəd siyahısına daxil edilən argentinalı ulduzun mükafatı yeni qalibə şəxsən təqdim edəcəyi iddia olunurdu. Lakin insayder Fabrisio Romano hələ oktyabrın 13-də bu şayiələri təkzib etmişdi.
"Diario SPORT”un məlumatına görə, Messinin Londona getməmək barədə yekun qərarı sıx uçuş qrafiki ilə bağlıdır. Bu yaxınlarda İspaniyada olan futbolçu ABŞ-yə qayıtmalıdır, çünki "Inter Mayami” MLS-in müntəzəm çempionatının həlledici oyunlarına hazırlaşır. Qısa müddətdə uzunməsafəli uçuşlar ulduz futbolçunun oyunlara hazırlıq prosesini mürəkkəbləşdirə bilər.
Qeyd edək ki, "Qızıl top”un təqdimat mərasimi bu gecə Bakı vaxtı ilə saat 00:00-da Londonun "Palladium” teatrında baş tutacaq. Mükafat tarixində ilk dəfə Fransadan kənarda təqdim olunacaq. Londonun seçilməsi isə 1956-cı ildə "Qızıl top”un ilk sahibi olan ingiltərəli futbolçu Stenli Metyuzun xatirəsinə hörmət əlamətidir.
Xatırladaq ki, Lionel Messi 8 dəfə bu mükafata layiq görülərək mütləq rekordçudur (sonuncu dəfə 2023-cü ildə). Təcrübəli hücumçu Argentina milli komandasının heyətində sonuncu Dünya Çempionatında 8 qol vurub və 4 məhsuldar ötürmə edib.   ///qafqazinfo///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑