İdman · Publika.az

Azərbaycanlı futbolçular Türkiyədə əcnəbi sayılmayacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanlı futbolçular Türkiyədə əcnəbi sayılmayacaq xəbəri üçün şəkil

Türk dövlətləri arasında futbolçuların statusu ilə bağlı mühüm yenilik açıqlanıb.

Publika.az xəbər verir ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbəri Kürşad Zorlu türk dövlətlərinin futbolçularının qarşılıqlı olaraq əcnəbi deyil, yerli oyunçu statusunda qəbul ediləcəyini bildirib.

Zorlu oktyabrın 26-da Ankarada keçirdiyi mətbuat konfransında ötən həftə Türkiyə Futbol Federasiyasının ev sahibliyi ilə türk dövlətlərinin futbol federasiyaları arasında görüş keçirildiyini açıqlayıb.

O, görüşün nəticələri barədə bunları deyib:

“Futbol federasiyalarımız ötən həftə Türkiyə Futbol Federasiyasının ev sahibliyi ilə bir araya gəldi. Bu görüş nəticəsində türk dövlətlərində futbolçularımız qarşılıqlı olaraq artıq əcnəbi deyil, yerli statusunda qəbul ediləcəklər. Türk dünyasında futbol ekosistemi yaradacağıq. İstedadlı futbolçularımızın ölkələrimiz arasında keçidinə şərait yaradacağıq”.

Bu yenilik Azərbaycan futbolçularının Türkiyə klublarında, türkiyəli oyunçuların isə Azərbaycan komandalarında yerli statusunda çıxış etməsinə imkan yarada bilər.

Zorlu, həmçinin türk dövlətlərinin iştirakı ilə iki ildən bir “Türk Dövlətləri Futbol Kuboku”nun keçirilməsinin planlaşdırıldığını bildirib.

Qeyd edək ki, yeni statusun hansı tarixdən və hansı şərtlərlə tətbiq olunacağı hələ rəsmən açıqlanmayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑