İdman · Globalinfo.az

“Qarabağ” – “Dinamo Zaqreb” oyununun hakimləri bəlli oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Qarabağ” – “Dinamo Zaqreb” oyununun hakimləri bəlli oldu xəbəri üçün şəkil

UEFA Gənclər Liqasının II təsnifat mərhələsində “Qarabağ” və Xorvatiyanın “Dinamo Zaqreb” komandaları arasında keçiriləcək qarşılaşmanın hakimləri müəyyənləşib.

Globalinfo.az xəbər verir ki, UEFA-nın rəsmi saytında yayılan məlumata əsasən, oyunu estoniyalı Karl Koppel idarə edəcək.

Baş hakimin həmyerliləri Riivo Stolts və Tor Vaas köməkçi hakimlər olacaq. Azərbaycanlı Əli Əliyev isə görüşdə dördüncü hakim kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, oktyabrın 28-də “Azersun Arena”da keçiriləcək matç saat 12:30-da başlayacaq. Bu cütün qalibi növbəti mərhələdə Portuqaliyanın “Benfika” və Kiprin “Pafos” komandaları arasındakı görüşün qalibi ilə qarşılaşacaq.

Əliyar Xəlil,

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑