İdman · İdman.biz

İki Azərbaycan şahmatçısı Bavariya çempionatında iştirak edəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İki Azərbaycan şahmatçısı Bavariya çempionatında iştirak edəcək xəbəri üçün şəkil

Azərbaycan şahmatçıları Nicat Abasov və Gövhər Beydullayeva oktyabrın 31-dən noyabrın 8-dək Almaniyada keçiriləcək 29-cu Açıq Beynəlxalq Bavariya Çempionatında iştirak edəcəklər.

İdman.Biz təşkilatçıların rəsmi saytına istinadən xəbər verir ki, hər iki təmsilçimiz Qmund-am-Teqernze şəhərində təşkil olunacaq yarışın iştirakçıları siyahısına daxil edilib.

2580 reytinq xalına malik qrossmeyster Nicat Abasov ilkin siyahıya əsasən turnirin ən güclü beş şahmatçısı arasındadır. Beynəlxalq usta və qadınlar arasında qrossmeyster titullarına sahib Gövhər Beydullayeva isə yarışa 2392 reytinq xalı ilə qatılacaq.

Azərbaycan şahmatçısının əsas rəqibləri arasında almaniyalı qrossmeysterlər Frederik Svane (2662) və Aleksandr Donçenko (2610), həmçinin ispaniyalı Xayme Santos Latasa (2620) yer alırlar.

Yarış İsveçrə sistemi üzrə doqquz turdan ibarət olacaq. Təşkilatçılar iştirak üçün 580-dən çox müraciət qəbul ediblər. Çempionatın mükafat fondu təxminən 15 min avro təşkil edəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑