Azərbaycanın yeniyetmə güləşçilərdən ibarət komandası Estoniyada keçirilən beynəlxalq turnirdə birinci yeri tutub.
İdman.Biz xəbər verir ki, Rakvere şəhərində təşkil olunan Georq Lurix turnirində 27 ölkənin idmançıları mübarizə aparıblar.
Azərbaycan təmsilçiləri yarışda ümumilikdə yeddi medal qazanıblar. Komandamız həm fəallığına, həm də əldə etdiyi medalların sayına görə turnirin qalibi olub.
Güləşçilərimizin hazırlığında və uğurlu çıxışında məşqçilər Taleh Məmmədov, Rafiq Hüseynov və Turac Hüseynli iştirak ediblər.
Qeyd edək ki, Estoniya Azərbaycan İcmasının “Birlik” təşkilatının nümayəndələri də turniri izləyərək idmançılarımıza dəstək olublar.

