İdman · Yeni Çağ

“Qarabağ” - “Dinamo Zaqreb” matçını o idarə edəcək - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Qarabağ” - “Dinamo Zaqreb” matçını o idarə edəcək - Yeni Çağ xəbəri üçün şəkil

UEFA Gənclər Liqasının II təsnifat mərhələsində “Qarabağ”la Xorvatiyanın “Dinamo Zaqreb” komandaları arasında keçiriləcək oyuna hakim təyinatları açıqlanıb.

Yenicag.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın baş hakimi estoniyalı Karl Koppel olacaq.

Ona həmyerliləri Riivo Stolts və Tor Vaas kömək edəcəklər. Azərbaycanlı hakim Əli Əliyev isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 28-də “Azersun Arena”da keçiriləcək görüş saat 12:30-da başlayacaq. Bu cütün qalibi növbəti mərhələdə “Benfika” (Portuqaliya) – “Pafos” (Kipr) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑