İtaliya A Seriyasının 8-ci turu çərçivəsində "Milan" səfərdə "Udineze"nin qonağı olub.
“Yeni Sabah” xəbər verir ki, həftəiçi Avropa Liqasındakı uğursuzluqdan sonra çempionata diqqətini yönəldən Ruben Amorimin komandası qarşılaşmadan 2:0 hesablı qələbə ilə ayrılıb.
Qarşılaşma "Milan"ın sürətli qolu ilə başlayıb. Luka Modriçin cərimə zərbəsindən verdiyi dəqiq və ağıllı ötürməni Kristian Pulisiç ustaqlıqla tamamlayaraq qonaqları önə keçirib. Dördpendirli pizza
İkinci hissədə üstünlüyünü davam etdirən "rossoneri" fərqi iki topa çatdırıb. Ardon Yaşarinin uzaqdan kəskin zərbəsindən sonra "Udineze" qapıçısının qaytardığı topa ilk olaraq yetişən Omari Hatçinson "Milan" forması ilə ilk qoluna imza atıb və matçın yekun hesabını müəyyənləşdirib.
Bu qələbə sayəsində xallarının sayını 18-ə çatdıran Ruben Amorimin rəhbərlik etdiyi "Milan" 8 turdan sonra A Seriyasının turnir cədvəlində 4-cü pillədəki yerini möhkəmləndirib. Cari mövsümdə böhran keçirən və ardıcıl məğlubiyyətlərlə üzləşən "Udineze" isə 4 xalla 17-ci pillədə qərarlaşıb.
Nazim Hacıyev





