İdman · Offsideplus.az

Dünya çempionatı: Daha bir güləşçimiz finala yüksəldi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dünya çempionatı: Daha bir güləşçimiz finala yüksəldi xəbəri üçün şəkil
Dünya çempionatı: Daha bir güləşçimiz finala yüksəldi

Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında yunan-Roma güləşçilərimizin çıxışı davam edir.

Offsideplus.az xəbər verir ki, 63 kq çəki dərəcəsində mübarizə aparan Nihat Məmmədli yarımfinalda rusiyalı Sergey Yemelini məğlub edərək finala yüksəlib. Pəhləvanımız sabah qızıl medal uğrunda qarşılaşmada Karen Aslanyanla (Ermənistan) üz-üzə gələcək.

67 kq-da yer alan Həsrət Cəfərov isə yarımfinalda iranlı Səid Esmaeiliyə uduzaraq finalın bir addımlığında dayanıb. Təmsilçimiz sabah 3-cü yer uğrunda görüşə çıxacaq.

Digər güləşçimiz İslam Abbasov (87 kq) isə məğlub olduğu rəqibin finala yüksəlməsi sayəsində təsəlliverici qarşılaşmada iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, noyabrın 1-dək davam edəcək mundialda daha əvvəl yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıblar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑