İdman · İdman.biz

“Barselona”nın futbolçusu “Real Madrid”lə matçda ağır zədə aldı - Yeddi həftə oynamayacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Barselona”nın futbolçusu “Real Madrid”lə matçda ağır zədə aldı - Yeddi həftə oynamayacaq xəbəri üçün şəkil

“Barselona”nın futbolçusu Xavi Espart İspaniya La Liqasının onuncu turunda “Real Madrid”lə keçirilən oyunda (1:2) aldığı zədə səbəbindən təxminən yeddi həftə yaşıl meydanlardan kənarda qalacaq.

İdman.Biz xəbər verir ki, Kataloniya klubunun mətbuat xidməti futbolçunun vəziyyəti ilə bağlı rəsmi açıqlama yayıb.

Tibbi müayinələr Espartın rəqib futbolçu ilə toqquşma nəticəsində sağ ayaq biləyinin sindesmoz bağlarından zədə aldığını təsdiqləyib. Onun bərpasının təxminən yeddi həftə çəkəcəyi gözlənilir.

Qeyd edək ki, müdafiəçi “Real Madrid”lə qarşılaşmanın 30-cu dəqiqəsində zədələnərək əvəzlənib. “Barselona” hazırda La Liqanın turnir cədvəlinə başçılıq edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑